16 Noyabr 2019 17:30
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycan istehsalı olan “Qara Yol” filmi Konya Tələbə Film Festivalında “Ən yaxşı film” mükafatına layiq görülüb.

Teleqraf.com xəbər verir ki, filmin rejissoru güney azərbaycanlı Leyla Novruzidir.

Film Azərbaycan dilində çəkilib və əvvəllər də bir neçə mükafata layiq görülüb.

“Qara Yol” ötən il İstanbulda keçirilən İpək Yolu film festivalı, eləcə də Bakıda baş tutmuş Ailə Kino Festivalında ən yaxşı film mükafatları alıb.

Bu, gənc rejissor Leyla Novruzinin müəllifi olduğu ikinci ən peşəkar film hesab edilir. Bir müddət əvvəl onun “Mən İsmətəm” adlı ilk filmi İpək Yolu festivalında “Ən yaxşı film” mükafatına layiq görülüb.


Müəllif: Mənsur Rəğbətoğlu