18 Noyabr 2019 16:37
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hakimiyyəti etirazlara baxmayaraq, erkən parlament seçkiləri elan etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze bildirib.

“Seçkilərə bir ildən az vaxt qalır. Seçkilər mövcud konstitusiyaya, müəyyən edilmiş qaydalara və tarixə uyğun olaraq qarışıq sistem əsasında keçiriləcək. Opponentləri seçkiyə hazırlaşmağa çağırırıq”, – deyə K.Kaladze bazar ertəsi keçirdiyi brifinqdə bildirib.

O, parlamentə girişi əngəlləyən müxalifətin hərəkətlərini “dağıdıcılıq” adlandırıb.

“Bu hərəkətlər davam edərsə, səlahiyyətli orqanlar müvafiq qərar qəbul edəcək”, – Kaladze əlavə edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər