18 Noyabr 2019 22:57
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Odessa şəhərində orta məktəblərdən biri Koksaki virusunun yayılması ilə əlaqədar karantinə bağlanıb.

Teleqraf.com xəbər verir ki, məktəbdə yoluxanların sayı barədə bildirilməsə də, şagirdlərin 30 faizdən çoxunda xəstəlik aşkarlandığı təqdirdə karantin tətbiq olunur.

Hazırda şagirdlər həkim müayinəsindən keçirilir.

Qeyd edək ki, Koksaki virusu səpki ilə müşayiət olunan kəskin respirator xəstəlikdir və bu virusa yoluxma sürətlə baş verir.


Müəllif: Teleqraf.com