“Qazaxıstan Senatının rəhbəri Dariqa Nazarbayevanın İrəvana səfəri Azərbaycanda suallar doğurdu. Çünki Dariqa Nazarbayevanın atası, Qazazxıstanın keçmiş prezidenti və lideri Nursultan Nazarbayev Azərbaycanla sıx əməkdaşlığın tərəfdarıdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert qeyd edib ki, Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən son zirvə toplantıısnda bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən yekun bəyanata imza atmışdı:
“Əlbəttə, Azərbaycan başqa dövlətlərin, o cümlədən qardaş ölkə olan Qazaxıstanın daxili işlərinə qarışmır. Onu da nəzərə alırıq ki, Qazaxıstan Ermənistan kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ancaq Azərbaycan qardaş ölkələrdən Ermənistanla əməkdaşlıqda həssas olmalarını arzu edir. Ən azı Ermənistana səfər edən rəsmi şəxs “görəsən mənim Ermənistana səfərim qardaş Azərbaycanda necə qarşılanacaq” sualı üzərində düşünməlidir”.