19 Sentyabr 2014 09:28
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti müxalif olduqları və rejimi tənqid etdikləri üçün 4 gənci edam edib.

Axar.az xəbər verir ki, İran Milli Müqavimət Şurasının (NCR) verdiyi açıqlamada Bəhram Kiani, Ədalət Rəhmi, Məhəmməd Cəmşidi və Cahanbaxış adlı məhkumlar Şiraz şəhərinin ən böyük meydanında edam edilib.


Edam edilənlərin günahı rejimin siyasətini tənqid etmək və rejimə qarşı müxalif mövqedə dayanmaq olub.


NCR-nin məlumatına görə, Həsən Ruhaninin prezident seçilməsindən sonra bu edamların sürətlə artıb.

BMT Baş katibi Pan Ki Mun da verdiyi açıqlamasında Həsən Ruhaninin ifadə azadlığı barədə verdiyi vədlərin hələ ki, özünü doğrultmadığını bildirmişdi.

Xatırladaq ki, etibarlı mənbələrdən verilən məlumata görə, İranda son bir ayda 160-dan çox adam edam edilib.


Müəllif:

Oxşar xəbərlər