23 Noyabr 2019 18:50
2 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin əvvəllərində İran Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri ala bilər.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə Rusiyada nəşr edilən “Nezavisimaya qazeta” çıxış edib.

Məlumatda qeyd edilir ki, Tehran və Moskva hava müdafiə sistemləri mövzusunda anlaşmaq üzrədir.

Qəzet əlavə edir ki, ABŞ-ın sanksiyaları qaldırmasından sonra Rusiya və Çinin inkişaf etdirdiyi silah ixracatçısından biri İran olacaq.

Hərbi mütəxəssislər isə Yak-130, T-90 və Su-35 qırıcısı ilə daha çox maraqlanan İranın Pentaqonda narahatlıq yaratdığı düşüncəsindədir.


Müəllif: Cavad

Oxşar xəbərlər