Rusiyanın Qara Dəniz Donanmasına aid gəmiləri Aralıq dənizində Əlcəzair donanması ilə birgə təlimlər keçiblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, dəniz təhlükəsizliyinin təmin olunması təliminə Rusiya donanmasından Admiral Makarov frigatı, Vasiliy Bıkov xilasetmə gəmisi və SB-739 patrul gəmiləri qatılıb.
Təlimdən sonra gəmilər Əlcəzair limanında lövbər salıblar. Limanda qaldıqları müddətdə ölkənin tarixi yerlərini ziyarət etməyi planlaşdıran rus dənizçilər əlcəzairli əsgərləri öz gəmilərində qonaq edəcəklər.