“Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemləri müstəqil şəkildə fəaliyyət göstərəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
Nazir qeyd edib ki, sistemlər döyüş vəzifələrini müstəqil formada yerinə yetirəcək:
“S-400”-lərin müstəqil işləyəcəyini indidən elan edirik”.
Akar “S-400”-lərin ölkəsinin milli təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün çox vacib bir mexanizm olduğunu vurğulayıb.
Nazir bir daha Qərb tərəfdaşlarına Ankaraya “F-35” qırıcısı verilməyəcəyi halda, Türkiyənin alternativ variantları nəzərdən keçirmək hüququnu özündə saxladığı barədə xəbərdar edib.