“Yaxın Şərqdə sabitliyə nail olmaq istəyən ölkələr İrana daha çox təzyiq göstərməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.
Hökumət başçısı İranın regional təhlükəsizliyi təhdid etdiyini bildirib:
“Regionumuzda və bütün dünyada sülhə və sabitliyə nail olmaq istəyən bütün ölkələri, qüvvələrimizi birləşdirməyə və İrana getdikcə daha çox təzyiq göstərməyə çağırıram.
İran təkcə qonşularına və bizə hücum etmir, İran həm də öz vətəndaşlarına hücum edir”.