Rusiya, Ukrayna və Avropa İttifaqı (Aİ) liderləri arasında qaz məsələsi ilə bağlı üçtərəfli görüş sentyabrın 26-da Almaniyanın paytaxtı Berlin şəhərində baş tutacaq.
Teleqraf.com-un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Rusiyanın energetika naziri Aleksandr Novak verdiyi açıqlamalarda bu tarixin hələ ki bütün tərəfləri qane etmədiyini bildirib.
O deyib ki, iyun ayında tərəflər arasında əlaqənin kəsilməsi və Ukraynanın Rusiyaya borclarını ödənməməsi qazın nəqlinin dayandırılması ilə nəticələnib.
Rusiya Ukraynadan qazın hər min kubmetrinə görə 385 dollar istədiyi halda, rəsmi Kiyev bu məbləğə ancaq qış rejiminə görə razı ola biləcəyini açıqlayıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.