25 Noyabr 2019 18:53
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Kalininqrad vilayətinin sakinləri haqqında “bizim kalininqradlılar” ifadəsi işlətdiyini bildirib, çünki bölgəyə Belarus “cavabdeh olub və cavabdehdir”.

Teleraf.com xəbər verir ki, A.Lukaşenko deyib:

“Niyə “bizim kalininqradlılar deyirəm? Mən Yeltsinə və hazırkı prezident Vladimir Vladimiroviç Putinə hansısa problemləri müzakirə edəndə tez-tez deyirəm: Kalininqrad bizim vilayətimizdir, biz hər şeydən əvvəl buna cavabdeh olmuşuq və cavabdehik”.

A.Lukaşenkonun sözlərinə görə, Rusiya Prezidenti bunun əleyhinə deyil.

Belarus lideri bildirib ki, SSRİ dönəmində Kalininqrad vilayətinin Belarusa birləşdirilməsi ilə əlaqədar çoxlu söhbət gedib.

A.Lukaşenko qeyd edib ki, Belarus tərəfi faktiki olaraq Kalininqradla bağlı bir çox məsələlərə məsul olub, ona görə ki, Kalininqrada ən yaxın Belarusdur. O əlavə edib ki, belə bir yanaşma və məsuliyyət hissi indi də qalır.


Müəllif: Səxavət

Oxşar xəbərlər