Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Serablus və Əl-Bab bölgələrindəki mövqelərinə hava zərbələri endirilib.
Teleqraf.com xəbər verir ki, hücumun kim tərəfindən təşkil edildiyi məlum deyil.
Qırıcılar Əl-Əmiriyyə, Əl-Bürc, Ər-Ray və Təhrin qəsəbələrini hədəf alıb.
Livanın “Əl-Məyadin” telekanalı isə hücumda bölgədəki neft müəssisələrinin vurulduğunu iddia edib.
Suriyalı müxaliflər hücumlara görə Rusiyanı ittiham etdiyi halda, türk mediası bunun ABŞ və ya İŞİD terror təşkilatı tərəfindən həyata keçirilməsindən şübhələnir.