26 Noyabr 2019 21:26
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq agentlin 1 milyona yaxın telefon nömrəsini izlədiyi müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, Kiprdə İsrail kəşfiyyat xidmətinin sabiq agenti Tal Diliana aid avtomobildə şəxsi söhbətləri dinləyə və izləyə bilən avadanlığın götürüldüyü haqda müzakirələr davam edir.

Yunan polisi keçmiş casus Dilianın evində və ofisində araşdırma zamanı çoxlu sayda kompüter və sənəd ələ keçirib. Polis daha sonra Larnakada israillərinin yaşadığı binaya basqın düzəldilib. Basqının sonunda 2 milyon dollarlıq dəyərində pis məqsədli istifadə üçün virus yazıldığı təsbit edilib.

Virus ağıllı telefonların içinə sızaraq heç bir iz buraxmadan şəxsi məlumatları və telefondakı qeydləri ələ keçirə bilir.

Polisin araşdırmasına görə, israilli agent Dilian bu günə qədər 1 milyon telefon nömrəsini təqib edib. Polis 1 milyon mobil telefon nömrəsinin kimlərə aid olduğunun və hansı məqsədlə izləndiyini müəyyən etməyə çalışır.


Müəllif: Cavad

Oxşar xəbərlər