Rusiya “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizədə ABŞ-dan təklif gözləmir.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin departament sədri İlya Roqaçyov deyib.
O bildirib ki, buna baxmayaraq, Rusiya İŞİD-in dayandırılmasının tərəfdarıdır: “Biz dəvətnamə gözləmirik. Giriş bileti almaq niyyətində də deyilik. Ancaq Rusiya Federasiyası İŞİD-ə qarşı döyüşəcək dövlətləri də dəstəkləyir”.
Ölkəsi tərəfindən İraqın müdafiə gücünün artırılması üçün lazimi yardımlar edildiyini qeyd edən Roqaçyov Suriyada qanuni hökumətin ekstremist və terrorçulara qarşı apardığı mübarizəni də təqdirəlayiq hal hesab edib.
Terrorla mübarizədə koalisiya qüvvələri ilə əməkdaşlığa hazır olduqlarını vurğulayan rus diplomat bu məsələdə bütün dövlətlərin beynəlxalq hüquqa əməl etməsinin vacibliyini açıqlayıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.