30 Noyabr 2019 22:12
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatında qəbul edilmiş müvəqqəti büdcə qanununun fəaliyyət müddəti dekabrın 20-də başa çatır. Prezident Donald Tramp bu müddət içərisində Demokrat Partiyasından olan deputatlarla anlaşmasa federal hökumət fəaliyyətini dayandıracq.

Teleqraf.com qeyd edir ki, ötən il olduğu kimi, bu il də demokrat senator və konqresmenlərin büdcə layihəsində etiraz edikləri Meksika ilə sərhəddə təhlükəsizlik hasarının çəkilməsi və bunun maliyyələşdirilməsidir.

Xatırladaq ki, Prezident Trampın seçki vədlərindən biri də Meksika ilə sərhəddə divarın çəkilməsi olub.

Demokratlar ötən il Trampın büdcə planında yetr alan Meksika ilə sərhəddə divarın çəkilməsi üçün 5 milyard dolların ayrılmasını rədd edib və buna görə federal hökumət 35 gün qapalı qalıb.


Müəllif: Cavad

Oxşar xəbərlər