Rusiya Kerç boğazı körpüsündə avtomobil yolu çəkilərkən tapılan və “Körpü” adı verilən pişik üçün ad günü keçirilib.
Teleqraf.com xəbər verir ki, pişiyin ad günü yığıncağında onun başına papaq qoyulub, rəngli şarlarla ətraf bəzədilib.
Kerç boğazında açılan avtomobil yoluna ilk ayaq basan da bu pişik olub.
Ən maraqlısı odur ki, pişik üçün açılan sosial şəbəkə hesabında onu 50 min insan izləyir.