13 Dekabr 2019 00:44
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Senatı dövlət katibinin müavini Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, onun namizədliyini 70 senator dəstəkləyib, 22 nəfər əleyhinə səs verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 17-də qanunvericilərə Sallivanın Moskvada səfir vəzifəsinə namizədliyinə baxmaq təklifini göndərib. Bundan iki həftə əvvəl - oktyabrın 3-də Con Hantsmanın səlahiyyət müddəti başa çatıb. O, 2017-ci ilin oktyabrında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri təyin edilmişdi.

2018-ci il aprelin 1-dən 26-dək Sallivan Reks Tillersonun istefası ilə əlaqədar olaraq dövlət katibi vəzifəsini icra edib. 2019-cu ilin iyul ayında Sallivan Rusiya ilə strateji təhlükəsizlik mövzusunda danışıqlar aparmaq üçün Cenevrəyə gedən ABŞ nümayəndə heyətinə rəhbərlik edib.


Müəllif: Teleqraf.com