14 Dekabr 2019 09:38
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun İnönü səmtindəki Esenyurtda polis qrupları yararsız binalarda yoxlamalar aparıb.

Teleqraf.com xəbər verir ki, yoxlama zamanı zirzəmidəki çantada öldürülən körpə meyidi aşkar edilib.

Çılpaq vəziyyətdə tapılan körpənin göbəyi kəsildiyi üçün xəstəxanada dünyaya gəldiyi ehtimal olunur. Körpə ekspertiza üçün tibb institutuna aparılıb. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Müəllif: Aysel Azad