“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı Orta Asiya və Qafqaz üçün ciddi təhlükə yaradacaq.
Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, bunu Qazaxıstanda Risk Qiymətləndirmə Qrupunda siyasi təhlilçi Dosum Satpayev deyib.
Eyni zamanda terror mütəxəssisi olan Satpayev İŞİD-in islam adı altında bu günə qədər ortaya çıxmış ən ciddi təhlükə olduğu xəbərdarlığını edib. O, İraq və Suriyada ortaya çıxan bu təşkilata qarşı ölkələri təcili tədbirlər görməyə çağırıb.
Təşkilatın xüsusi xidmət orqanlarının nəzarətindən kənarda olduğuna və müstəqil hərəkət etdiyinə diqqət çəkən Satpayev region ölkələrinin bu təşkilatla birgə mübarizə aparmasının vacibliyini vurğulayıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.