22 Sentyabr 2014 17:26
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda 40 nəfər ömürlük məhbus müddətsiz aclıq elan edib.


Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın "Tert.am" agentliyinə "Erməni günahsızlıq proqramı" təşkilatının sədri Zarui Meclumyan bildirib.


O, qeyd edib ki, məhkumlar öz etiraz aksiyaları ilə 2011-ci il mayın 25-də Ermənistan Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq həbs qətimkan tədbirinə yenidən baxılmasını istəyirlər: "Bu, iyulda elan edilən aclıq aksiyasının davamıdır. Həmin vaxt Ədliyyə Nazirliyi məhkumları bir ay ərzində zəruri addımların atılacağına inandırmışdı".


Xanım Z.Meclumyanın sözlərinə görə, o zaman danışıqlar aparıldıqdan sonra məhbuslar aclığı dayandırmışdılar.

Nihad


Müəllif:

Oxşar xəbərlər