İran ABŞ Prezidenti Donald Trampın ittihamlarını rədd edib.
Teleqraf.com xatırladır ki, Donald Tramp dünən Bağdaddakı səfirlikdə yaşanan hadisələrə görə İranı günahkar saymışdı.
Trama görpə, ABŞ-ın Bağdad səfirliyi qarşısında etiraz aksiyası və sonradan səfriliyin tutulmasının arxasında Tehran durur.
İran Xarici İşlər Nazirliyi isə Trampın bu ittihamını rədd edib.
İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ İraq xalqının ən azı 25 nəfərinin vəhşicəsinə öldürülməsinə qarşı Bağdadda keçirilən aksiyaları İranın təşkil etməsi haqda iddialar əsassızdır.