4 Yanvar 2020 01:24
2 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsindən sonra İranla ABŞ arasında ilk təmas qurulub.

Teleqraf.com xəbər verir ki, iki ölkə İsveçrə vasitəsilə bir-birinə ismarış göndərib.

İran general Qasım Süleymaninin öldürülməsindən sonra rəsmi Vaşinqtondan mesaj aldığını və ona lazımi cavabın İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə verildiyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ABŞ-ın İranda diplomatik təmsilçisi olan İsveçrənin Tehrandakı səfirinin iki dəfə nazirliyə çağırıldığını söyləyib.

Onun sözlərinə görə, ABŞ-ın mesajına lazımi cavab diplomata çatdırılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər