ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Bağdadın şimalında şiə könüllülərindən ibarət avtomobil karvanına hava zərbələrində iştirakını rədd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə koalisiyanın qərargah rəisi Mayls Keqqins bildirib.
“Koalisiya son günlərdə Taci bölgəsi (Bağdadın şimalında) yaxınlığında hava hücumları həyata keçirməyib”, – deyə o özünün “Tvitter” səhifəsində yazıb.
Qeyd edək ki, bundan əvvəl Bağdadın şimalında şiə könüllülərindən ibarət həkim briqadasına havadan hücum edildiyi məlum olub. Mənbə hava hücumunda 6 nəfərin öldüyünü bildirib.