İndoneziyanın paytaxtı Cakarta və ətraf rayonlarda daşqın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, yenilənmiş məlumatlar Sosial Təminat Nazirliyi və Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentlik tərəfindən verilib.
Daha əvvəl 43 nəfərin öldüyü bildirilirdi.
Yeni il ərəfəsində ölkənin 90 bölgəsində güclü yağış yağıb, bir çox çay məcrasından çıxıb.