4 Yanvar 2020 19:23
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO İraqda kadr hazırlığı üzrə apardığı təlim missiyasını dayandırıb.

Teleqraf.com xəbər verir ki, NATO rəsmiləri bu addımı ABŞ-ın hava hücumlarından sonra ölkədə artan qeyri-sabitlik ilə əlaqədar olduğu bildirib.

Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər