İraqda fəaliyyət göstərən "Ketaib Hizbullah" adlı şiə qruplaşması ABŞ bazaları ilə əlaqədar İraqın təhlükəsizlik qüvvələrinə çağırış edib.
Teleqraf.com xəbər verir ki, "İraq Hizbullahı" kimi tanınan qruplaşma ölkədəki ABŞ hərbi bazalarından ən azı 1 kilometr uzaq qalmaq barədə xəbərdarlıq edib.
"Təhlükəsizlik qüvvələri bazar günündən etibarən ABŞ bazalarına min metrdən çox yaxınlaşmamalıdır", - deyə açıqlamada qeyd olunub.