İtaliyanın Lutaqo kurort zonasında sərxoş sürücü avtomobili turistlərin üzərinə sürüb.
Teleqraf.com-un məlumata görə, hadisə nəticəsində Almaniyadan olan 6 turist həlak olub, 11 nəfər isə xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlardan biri müalicəsi üçün helikopterlə Avstriyanın İnsburk şəhərinə çatdırılıb, digərlərinə İtaliyada tibbi yardım göstərilib.
Məlumata əsasən, avtomobilin sürücüsü 28 yaşlı yerli sakin olub.