Avstraliyada ölkə tarixinin ən böyük meşə yanğınları təxminən 6 milyon hektar (55 min kv.km) ərazini əhatə edir. Bu isə Azərbaycanın üçdə iki hissəsi deməkdir.
Teleqraf.com xəbər verir ki, əlverişsiz hava şəraiti və digər səbəblərdən qarışısı alına bilməyən yanğınlarla mübariz apramaq məqsədilə ölkədə daha əvvəllər görünməmiş miqyasda əməliyyatlar başlayıb.
Təkcə Yeni Şimali Uels ştatında 365 evin yanaraq kül olduğu olaylarda 23 nəfər həyatını itirib.
Elm adamları Avstraliyadakı yanğınlar öz hava sistemlərini əmələ gətirməyə başladığı barədə xəbərdarlıq edib. Ətrafa yayılan yüksək temperatur səbəbindən qatı duman və fırtınaların meydana gəldiyini bildirən mütəxəssislər bu durumun çox tehlükəli nəticələrə yol aça biləcəyini iddia edir.
Bu gün baş verən yanğın dumanı qasırğası səbəbindən bir nəfər həyatını itirib.
Yanğınlar keçən ilin sentyabr ayından başlayıb.