7 Yanvar 2020 12:24
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla gərginlik yaşayan ABŞ-ın Hind okeanındakı Dieqo Garsia adasına 6 B-52 tipli nüvə tutumlu bombardmançı təyyarə göndərildiyi iddia edilir.

Teleqraf.com xəbər verir ki, adının açıqlanmasını istəməyən ABŞ rəsmisi CNN telekanalına İranla gərginliyin daha da artmasının qarşısını almaq üçün 6-B-52 tipli təyyarənin Dieqo Qarsia adasına göndəriləcəyini açıqlayıb.

O bildirib ki, təyyarələr İrana müdaxilə etmək üçün hazır vəziyyətdə gözləyəcək, lakin əməliyyat barədə təlimat hələ verilməyib.

Qeyd edək ki, Dieqo Qarsia adası Hindistan yarımadasının cənubunda və İrandan təqribən 4000 kilometr məsafədə yerləşir.

ABŞ-ın B-52 təyyarələrini bölgədəki hərbi dəniz bazasına yox, Hind okeanındakı bir adaya göndərməsinin səbəbi adanın İranın 2 min kilometrlik Şəhab və 2 min 500 kilometrlik Sumar kruiz raketlərinin mənzilindən kənarında qalması ilə bağlıdır.


Müəllif: Nərgiz

Oxşar xəbərlər