7 Yanvar 2020 19:14
2 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İran birbaşa hərbi toqquşmalara girməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Adlan Marqoyev deyib.

Ekspert tərəflərin açıq savaşdan çəkinməsinin bir sıra amillərlə bağlı olduğunu bildirib:

“Çünki Tramp 2020-ci ildə yenidən seçilmədən əvvəl ABŞ-ın Yaxın Şərqdə daha bir uzunmüddətli qarşıdurmaya girməsində maraqlı deyil. Lakin İran onsuz da çətin iqtisadi vəziyyətdədir və hərbi addım atmaq onların maraqlarına uyğun deyil. Bundan əlavə, bu ilin fevral ayında keçiriləcək parlament seçkiləri var və 2021-ci ildə yeni prezident seçiləcək. Çünki Ruhaninin prezidentliyinin iki müddəti sona çatır. Buna görə də tərəflər birbaşa hərbi toqquşmadan çəkinməyə çalışacaq, lakin regionun müxtəlif yerlərində bir-birlərinin maraqlarına xələl gətirməyə çalışacaqlar”.

Ekspert Cənubi Qafqaz ölkələri üçün mümkün təhdidlərə də münasibət bildirib: “Cənubi Qafqaz ölkələri üçün Amerikanın bu ölkələrdəki səfirliklərinin İranla əlaqəli olan qrupların hücumuna məruz qalmaması vacibdir. Bu o demək deyil ki, İran mütləq belə bir hücum həyata keçirəcək və çox güman ki, əksinə, Tehran Amerika maraqlarını fərqli şəkildə təhdid etməyə çalışacaq. Səfirliklərə hücum baş verənlərə ən sərt reaksiya olardı”.

Marqoyev əlavə edib ki, Vaşinqton və Tehran arasındakı gərginliyin artması ABŞ-ın Cənubi Qafqaz və bölgədəki digər ölkələrin İranla əlaqələrini azaltmaqda israr etməsinə səbəb olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər