8 Yanvar 2020 15:28
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) general Qasım Süleymaninin ölümü üçün intiqam məqsədi ilə başlanan “Şəhid Süleymani” əməliyyatının üçüncü mərhələsi zamanı BƏƏ-nin Dubay, İsrailin Hayfa şəhərlərini vurmaqla təhdid edir.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN SEPAH-a istinadən məlumat yayıb.

Məlumatda SEPAH-ın İsraili Süleymaninin öldürülməsində ABŞ-ın tərəfdaşı saydığı vurğulanıb.

Təşkilatın açıqlamasında “Bu cinayətin bir hissəsi kimi İsraili ABŞ-dan ayrı hesab etmirik” ifadəsinə yer verilib.

Bu açıqlama İranın ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirməsindən sonra yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər