Amerikalıların 71 faizi ABŞ-ın qarşıdakı bir neçə il ərzində İranla savaşa başlayacağına inanır.
Teleqraf.com xəbər verir ki, bu nəticə “Röyters”in apardığı anket-sorğuda əldə olunub.
Sorğunun nəticələrinə görə, ABŞ vətəndaşlarının təxminən dörddə üçü Amerika-İran gərginliyinin savaşa çevriləcəyinə inanır.
Sorğuya qatılan 10 Respublikaçı Partiyası tərəfdarından 7-si, Demokratlar Partiyası tərəfdarlarının isə 77 faizi savaş ehtimalının reallaşacağınan inandığını bildirib.
Amerikalıların 17 faizi savaş ehtimalının aşağı olduğunu, 5 faizi isə belə bir savaşın heç vaxt mümkün olmayacağını düşünür.
Sorğuya qatılanların 53 faizi isə Prezident Donald Trampın İran siyasətini dəstəkləmir. Hər 10 nəfərdən 4-ü isə İranı Amerika üçün təhdid kimi qəbul edir.