23 Sentyabr 2014 11:15
1 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın dövlət başçısı Serj Sarkisyan çərşənbə axşamı ABŞ-a işgüzar səfərə gedəcək. Trend xəbər verir ki, bu barədə "Novosti-Armeniya" dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Sarkisyan Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak və çıxış edəcək.

S.Sarkisyan orada BMT-nin baş katibi Pan Gi Mun, Avropa Şurasının baş katibi Torbörn Yaqland və bir sıra dövlətlərin rəhbərləri ilə görüşəcək.

Səfər çərçivəsində Ermənistan rəhbərinin Kolumbiya Universitetində çıxışı və beynəlxalq münasibətlər sahəsində tanınmış amerikalı ekspertlərlə və ABŞ Milli Etnik Koalisiyasının (NECO) rəhbəri Nasir Kazimi ilə görüşü planlaşdırılıb.

S.Sarkisyan Nyu-Yorkda illik Yüksək Texnologiyalar Konqresi "ArmTech 2014"-ün açılışında iştirak edəcək, həmçinin ABŞ-dakı erməni icmasının nümayəndələri ilə görüşəcək.


Müəllif: