10 Yanvar 2020 10:50
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranın hava limanı yaxınlarında qəzaya uğrayan təyyarə qalmaqalı böyüyür.

Teleqraf.com xəbər verir ki, Tehran təyyarənin texniki nasazlıq səbəbindən qəzaya düşdüyünü bəyan etdiyi halda ABŞ, Böyük Britaniya və Kanada Kiyev istiqamətində uçan Boeing 737 model təyyarənin İran tərəfindən vurulduğunu iddia etməyə başlayıb.

Bu iddia ilə ilk dəfə ABŞ tərəfi çıxış edib, daha sonra Kanada və Böyük Britaniya da bu iddianı təsdiqləyib.

ABŞ mediasında danışan bir çox amerikalı rəsmilər ölkə kəşfiyyatının Boeing 737 model sərnişin təyyarəsinin İran tərəfindən atılan raketlə vurulduğunun mümkünlüyünü dilə gətirir. Rəsmilərdən biri qeyd edib ki, ABŞ peykləri təyyarənin havaya qalxmasından qısa müddət sonra İrandan iki raketin atıldığını təspit ediblər.

Qeyd edək ki, İran, Kanada, Əfqanıstan, Almaniya və Ukrayna vətəndaşlarının olduğu təyyarədə 167 sərnişim və 9 ekipaş üzvü həlak olub.

ABŞ rəsmiləri Amerika kəşfiyyatının dəyərləndirməsini Kanada tərəfi ilə bölüşdüyünü qeyd ediblər. Kanada və ABŞ müdafiə nazirləri arasında telefon danışığıda olub.

Hələlik Pentaqon bu mövzuda qəti mövqe ifadə etməkdən çəkinir. Amma ABŞ Prezidenti Donald Tramp təyyarə haqqında danışarkən “Şübhələrim var. Başqalarının da şübhəsi var” ifadəsini işlədib.

Kanada Baş naziri Custin Tüdor ölkə kəşfiyyatının əlində Ukrayna təyyarəsinin İrana aid raketlə vurulduğuna dair dəlillərin olduğunu açıqlayıb.

Qeyd edək ki, həmin təyyarədə 63 Kanada vətəndaşı olub.

İngiltərə Baş naziri Boris Consonda əllərində Ukraynaya aid sərnişin təyyarəsinin İran raketləri ilə vurulmasını göstərən informasiya olduğunu qeyd edərək şəffaf araşdırmaya ehtiyac olduğunu dilə gətirib.

Ukrayna qeyd edib ki, ən real versiya təyyarənin İran raketi ilə vurulması ehtimalıdır.

İranın Mülki Aviasiya Təşkilatının qəza araşdırmaları komissiyasının rəhbəri Həsən Rızayifer bildirib ki, təyyarənin vurulmadığına dair dəlil-sübutları paylaşmağa hazırdırlar: “Bu ana qədər təyyarənin raketlə vurulduğunu isbat edəcək hr hansı fakta rast gəlməmişik. Xarici media İrana qarşı kampaniya başlamaq istəyir”.

Təyyarənin qara qutusu haqda məsələyə gəldikdə Həsən Rızayifer deyib ki, yerli və beynəlxalq qanunlara görə, qara qutu qəzanın baş verdiyi ölkədə araşdırılmalıdır: “İranda qara qutuları oxumaq imkanı var. Qara qutunun araşdırılması və oxunacağı yerə ABŞ mütəxəssislərinin gəlməsində problem yoxdur, amma bunun üçün onlar Senatdan icazə almalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər