İsrail məhkəməsi ölkə polisi və daxili kəşfiyyat xidmətinin (ŞABAK) əməliyyatçılarının təqsirləndirilən şəxslərə dindirmə zamanı qəsdən yuxu və işgəncə vermələrinin təfarrüatlarını açıqlamağa icazə verib.
Teleqraf.com xəbər verir ki, ölkə polisi və ŞABAK-ın təqsirləndirilən şəxslərə işgəncə verməsi illərlə dilə gətirilirdi, lakin rəsmi şəxslər bunu təkzib edirdi.
İndi isə İsrail xüsusi xidmət orqanlarının fələstinlilərə verdiyi işgəncə faktlarına dair sirlər məhkəmə qərarı ilə aradan qaldırılır.
Məhkəmənin olduqca təhlükəli olaraq qiymətləndirdiyi detallara görə, ŞABAK dindirmə zamanı təqsirləndirilən şəxslərin təbii yatmaq hüququnu tanımır və onlara işgəncə verir.
Şahidlərdən birinin şikayətində “İsrail polisi əllərimi və ayaqlarını sıx bağlayaraq sorğuya çəkdiyi, bu durumdan xilas olmaq üçün ayaqyoluna sığınmağa məcbur olduğunu” qeyd edib.