10 Yanvar 2020 12:14
2 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə sərhədlər də daxil olmaqla Yunanıstanın bir çox strateji məntəqəsinə öz hərbi qüvvələrini yerləşdirən ABŞ müdafiə xəttini Aralıq dənizinə qədər uzadıb.

Teleqraf.com xəbər verir ki, ABŞ hərbi qüvvələr Cənubi Kipr (yunan) hökuməti ilə anlaşaraq, adada yerləşib.

Yunanlar Amerikanın “humanitar yardım” üçün Cənubi Kiprdə hərbi qüvvə saxlamasına razılıq verib.

Səlahiyyətlilər Cənubi Kiprdəki ABŞ vətəndaşları və diplomatlarının fövqəladə hallarda adadan çıxarılması məqsədilə bölgədə “Təcili Yardım Qüvvələri”nin qurulacağını açıqlayıb.

Türkiyə tərəfi hələlik ABŞ-ın bu qərarına rəsmi münasibət bildirməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər