10 Yanvar 2020 13:26
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya məxsus “Boeing 737” təyyarəsinin İranda raketlə vurulması versiyası istisna edilmir, lakin təsdiqlənmir.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.

“Təyyarənin raketlə vurulması versiyası istisna edilmir, lakin bu gün bu versiya təsdiqlənmir”, – deyə o “Telegram-kanal”ında yazıb.

Dövlət başçısı ABŞ, Kanada və Böyük Britaniyanı təyyarə qəzası ilə bağlı malik olduqları sübutları istintaq komissiyasına təqdim etməyə çağırıb.

Bundan əlavə, o, Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo ilə baş vermiş hadisə barədə söhbət etdiyini açıqlayıb.

Bundan əvvəl Kanadanın Baş naziri Castin Trüdo Ottavanın təyyarənin İranın “yer-hava” raketi ilə vurulduğunu göstərən kəşfiyyat məlumatlarının olduğunu açıqlayıb.

Yanvarın 8-də “Boeing-737” təyyarəsi Tehran hava limanından çıxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Nəticədə 176 nəfər həlak olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər