10 Yanvar 2020 13:47
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran qəzaya uğramış Ukrayna təyyarəsinin qara qutusunun araşdırılması üçün bütün imkanlara malikdir. Əgər qara qutu zərər görübsə, qutu dinlənilməsi üçün başqa bir ölkəyə aparıla bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya idarəsinin rəisi Əli Abidzadə açıqlama verib.

Qurumm rəhbəri təyyarənin qəzayağa uğraması haqda da danışıb:

“Təyyarənin qalxmasında gecikmə oldu. Pilot və mərkəz arasında aparılan dialoqa görə yanacaq problemi olmayıb. Təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması və faktların oraya çıxarılması 1-2 il davam edəcək. Hadisənin təfərrüatının aydınlaşdırılması üçün digər ölkələrə də müraciət etmişik”.

Abidzadənin sözlərinə görə, qəzadan əvvəl pilot mərkəzdən kömək istəməyib: “Amma təyyarənin hər iki qara qutusu baş verən yanğında zərər görüb”.

Bundan əvvəl isə Ukrayna, Böyük Britaniya, ABŞ və Avropa İttifaqına digər üzv dövlətlər açıqlama yayaraq, təyyarənin İran raket ilə vurulmasını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər