Bu gün Almaniya Kansleri Angela Merkel Rusiyaya gələcək.
Teleqraf.com xəbər verir ki, görüş çərçivəsində kanslerin Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Liviya və Suriyadakı son vəziyyətin müzakirə olunacağı bildirilib.
Putinin dəvəti ilə səfərə gələn Merkel Rusiyada bir gün qalacaq. Bundan əvvəl isə Almaniya kanslerinin Rusiyaya səfəri təxirə salınmışdı.