İngiltərənin Tehrandakı səfiri Rob Makaire polis tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb.
Makairenin Tehrandakı tələbələrin etiraz aksiyasını təşkil etməkdə ittiham edildiyi vurğulanıb. Bu səbəbdən səfir polis idarəsində sorğu-sual edilib, daha sonra sərbəst buraxılıb. Onun yenidən polis idarəsinə gedəcəyi və ifadə verəcəyi bildirilib.
Qeyd edək ki, bir müddət öncə İranda tələbələrin etiraz aksiyası keçirilib. Etirazçılar Ukrayna təyyarəsini vuranların cəzalandırılmasını və ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb ediblər. Bundan əlavə, onlar 3 yanvarda ABŞ zərbələri nəticəsində ölən SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin portretini cırıblar.