Ötən gündən başlayaraq yağan aramsız yağışlar İranın Hörmüzgan vilayətində ağır fəsadlar yaradıb.
Teleqraf.com xəbər verir ki, sel sularının yaşayış məntəqələrini basması nəticəsində evlərə və əkin sahələrinə ciddi ziyan dəyib. Məktəblər və bəzi dövlət idarələri müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Yolların təmizlənməsi və sel sularının qarşısının alması məqsədi ilə bəndlərin yaradılması üçün vilayətə xüsusi texnika gətirilib.