13 Yanvar 2020 19:13
2 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən günlərdə Tehranda İran ordusu (SEPAH) tərəfindən raketlə vurulan Ukraynaya məxsus “Boinq 737” tipli sərnişin təyyarəsində həlak olanlardan 4-ü Güney Azərbaycanın Xoy şəhərindəndir.

Teleqraf.com xəbər verir ki, Xoy şəhərindən olan sakinlər sosial şəbəkələrdə çağırış mətni yayaraq, günahsız həmyerlilərinin təyyarədə həlak olması ilə bağlı etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Mətndə qeyd edilir:

“Sərnişin təyyarəsinin SEPAH tərəfindən vurulması nəticəsində dörd həmyerlimiz həlak olub. Bu məqsədlə Xoy şəhərinin mərkəzinə toplaşaraq dinc etiraz aksiyası keçirərək, bu faciədə məsuliyyət daşıyanların məhkəməyə çıxarılmasını tələb edəcəyik. Bundan əlavə təyyarə faciəsi qurbanlarının xatirisənə şamlar yandırılacaq”.

Əlavə edək ki, yanvarın 8-də Tehran-Kiyev reysini həyata keçirən Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsi İran ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər