Liviya Milli Sülh Hökumətinin Baş naziri Fəyaz Sərrac Rusiyanın paytaxtında keçirilən görüşdən sonra Türkiyəyə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Sərracın gözlənilməz görüşünün detalları açıqlanmasa da, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi ehtimal edilir.
Əlavə edək ki, dünən Moskvada Fəyaz Sərrac və Liviya qiyamçı Milli Ordusunun lideri, general Xəlifə Haftarla görüş keçirilib. Rusiya və Türkiyə prezidentlərinin vasitəçiliyi ilə keçirilən görüşdə Haftar atəşkəs sazişi imzalamadan Moskvanı tərk edib.