Ermənistanın Baş Prokurorluğu vəkil Amram Makinyanın Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanla bağlı şikayətini rədd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Sərkisyanın vəkili məlumat yayıb.
Yanvarın 10-da Xüsusi İstintaq Xidməti Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın işi üzrə ibtidai istintaqı başa çatdırıb. Keçmiş prezident mənimsəmə və ya mənimsəmədə iştirak etməkdə ittiham olunur.
İstintaqa görə, Serj Sarkisyan prezident olarkən rəsmi mövqeyindən istifadə edərək, ayrı-ayrı vaxtlarda bir qrup vəzifəli şəxsdən 1 milyon dollar maddi vəsaiti mənimsəyib. Onun əmlakının müsadirə ediləcəyi gözlənilir.