İsrail 17 ildir həbsdə saxladığı Ala Şehad Əbu Cəzəri azadlığa buraxıb.
Teleqraf.com xəbər verir ki, Qəzzanın şimalındakı keçid qapısından Qəzzaya daxil olan 43 yaşlı Cəzəri ailəsi və sevənləri tərəfindən qarşılanıb.
Xatırladaq ki, İsrail hərbçiləri Cəzərini 2003-cü ildə FƏT hərəkatının hərbi qanadı olan Aksa Şəhidləri Birqadasının üzvü olmaq və İsrail əleyhinə əməliyyatlara qatılmaq ittihamı ilə həbs etmişdi.
Fələstin rəsmi qaynaqlarının məlumatına görə, İsrail həbsxanalarında 5 mindən çox fələstinli saxlanılır ki, onların 220-si uşaqlardır.