17 Yanvar 2020 00:58
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Tehran təyyarə qəzasında həlak olan Ukrayna vətəndaşlarının cəsədlərini Kiyevə təhvil verməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə ukraynalı həmkarı Vadim Pristayko ilə telefon danışığı zamanı bildirib.

Zərif bildirib ki, İran həmçinin qara qutunun oxunmasında ukraynalı mütəxəssislərin köməyini də qəbul edəcək .

Vadim Pristayko isə, öz növbəsində, əməkdaşlığa və Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürdüyünə görə İrana təşəkkür edib.

Qeyd edək ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan İran, Ukrayna, Kanada, Almaniya, İsveç və Əfqanıstandan olan 167 sərnişin və 9 heyət üzvü həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər