Venesuela Prezidenti Nikolas Maduro ölkə vətəndaşlarının katolik kilsəsindən üz döndərib yevangelizmə keçdiklərini söyləyib.
Teleqraf.com xəbər verir ki, ölkənin yerli idarəetmə orqanlarının başçıları ilə keçirdiyi və “Tvitter”də yayımlanan görüşdə deyib:
“Hörmətli Roma Papası Fransisk, sizə demək istəyirəm ki, Venesuela xalqı katoliklikdən imtina edir. Vətəndaşların demək olar ki, 40 faizi özlərini yevangelist xristian elan etdilər. Bundan əvvəl bu rəqəm 3 faizi”.
Maduronun sözlərinə görə, son illərdə baş verən bu fenomen Venesuela Yepiskop Konfransını faktiki olaraq siyasi partiya kimi istifadə edən katolik kilsəsinin yepiskoplarının siyasi fəaliyyəti ilə əlaqədardır.
Venesuela Prezidenti 2019-cu ilin sentyabr ayında hər il dörd milyona yaxın insanın axın etdiyi Lara şəhərində Müqəddəs Məryəm ananın doğum gününün müxalifət lideri Xuan Quaydonun iştirakı ilə necə qeyd edildiyini xatırladıb. Maduronun sözlərinə görə, müxalifət liderinin tədbirdə iştirakı kütləvi narazılıq doğurub.