Yaponiyanın paytaxtı Tokionun Sindzyuku rayonunda restoranlardan birinə hücum nəticəsində 3 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin “NHK” televiziyası məlumat yayıb.
Hücumda dörd nəfər iştirak edib. Cinayətkarlar müştəri qismində restorana daxil olub, restoran rəhbərliyi ilə görüş tələb edib, sonra isə üç restoran işçisini yaralayaraq hadisə yerindən qaçıblar. Polis sui-qəsd maddəsi üzrə cinayət işi qaldırıb.
Dekabr ayında isə bir nəfər Yaponiyanın keçmiş müdafiə naziri Tokuitiro Tamadzavaya hücum etmişdi.