18 Yanvar 2020 21:18
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah ruslar xristian dinindən gələn ənənələrə uyğun olaraq təmizlənmək və günahlarının bağışlanması üçün Rəbbin vəftizi (buzlu suda çimmək) prosedurunu həyata keçirəcək.

Teleqraf.com xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyi bu məsələyə dair vətəndaşlarına xəbərdarlıq edib.

Qeyd edək ki, buzlu suda çimmək sonradan bir çox insanda hipotermi nəticəsində ölüm və ya onların səhhətində problemlər yaradır.

Səhiyyə Nazirliyi bu tarixi ənənəyə qarşı çıxmamaq şərtilə buzlu suya girməzdən öncə spirtli içkilər qəbul etməkdən çəkinməyə çağırıb. Həmçinin buzlu suya girmədən 2 saat əvvəl bədəninin alışdırılması və soyuq su ilə vücudun buzlu suya hazırlanmasının vacibliyi vurğulanıb.

Buzlu suya girməzdən öncə idman hərəkətlərini təklif edən nazirlik özəlliklə çənə, ağız, qol və ayaqların aktivliyinin mümkün xəstəliklərə qarşı faydalı olduğunu bildirib.

Prosedurdan sonra qaynaq çay və çoxlu meyvə yemək də tövsiyə edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər