18 Yanvar 2020 22:14
1 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada Xəlifə Haftara bağlı qüvvələr neft ixracat limanlarını bağlayıb.

Axar.az xəbər verir ki, Liviyanın milli neft korporasiyası ölkənin bir sıra limanlarının Liviya milli ordusunun qüvvələri tərəfindən neft ixracı üçün bağlanması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Haftara bağlı qüvvələrin Breqa, Ras Lanuf, Hariqa, Zuveytine və Sidra neft ixracat limanlarını bağladığı bildirilib.

Limanların bağlanmasının gündəlik neft istehsalına 800 min barrel, təxminən 55 milyon dollar zərər vura biləcəyi qeyd edilib.

Qeyd edək ki, bundan öncə Haftar Mistra və Xüms limanlarını ələ keçirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər